Türkiyəli aktrisa Ece İrtemin ölüm səbəbi açıqlanıb.
Axşam.az xəbər verir ki, Məhkəmə Tibbi Ekspertizanın nəticələrinə görə, 35 yaşlı aktrisa spirtli içki zəhərlənməsindən həyatını itirib.
Xatırladaq ki, daha əvvəl aktrisanın Tayland səfəri zamanı meymun hücumuna məruz qalması, nəticədə sepsis olduğu və bu səbəbdən vəfat etdiyi deyilirdi.
Qeyd edək ki, Ece İrtem son olaraq “Kızılcık şerbeti”ndə “Işıl” obrazına həyat verib.