Türkiyəli aktrisa Ruhsar Gültekin ikinci dəfə beyin qanaması keçirib.
Axşam.az xəbər verir ki, əvvəlcə başındakı şiddətli ağrı və qusmanı miqren tutması hesab edən aktrisanın aparılan müayinələri nəticəsində beyin qanaması keçirdiyi, qanaxmanın isə dayandığı müəyyən olunub.
O, təcili şəkildə əməliyyata alınıb. R.Gültekin dünən axşam əməliyyat olunub. Həkimlərin məlumatına görə, 48 saatlıq kritik müşahidə müddəti problemsiz keçərsə, Ruhsar Gültekin süni yuxudan oyandırılacaq.
Qeyd edək ki, aktrisa son olaraq 2022-ci ildə "Senden daha güzel" serialı ilə ekranda görünüb.