Saç tökülmə, halsızlıq, diqqət dağınıqlı - Bir problemin əlamətidir

Saç tökülmə, halsızlıq, diqqət dağınıqlı - Bir problemin əlamətidir
201 dəfə oxunub
  • A-
  • A
  • A+

Saç tökülməsi, tez yorulma, sürətli ürəkdöyünmə və diqqət dağınıqlığı bir çox insan tərəfindən stress və ya yuxusuzluqla əlaqələndirilsə də, mütəxəssislər bu əlamətlərin dəmir çatışmazlığından qaynaqlana biləcəyini bildirirlər.

Axşam.az xəbər verir ki, dəmir çatışmazlığı tez yorulma, halsızlıq, başgicəllənmə, diqqətin cəmlənməsində çətinlik, ürəkdöyünmə, solğun dəri, saç tökülməsi və dırnaqların zəifləməsi ilə özünü göstərə bilər.

Mütəxəssislər bildirir ki, bir çox insan bu əlamətləri iş stressi və ya yorğunluqla əlaqələndirir. Ancaq bunun səbəbi dəmir çatışmazlığı da ola bilər. Dəqiq diaqnoz üçün həkimə müraciət etmək və qan analizləri vermək vacibdir.

Dəmir immun sistemi, əzələlərin fəaliyyəti və zehni performans üçün mühüm rol oynayır. Dəmir ehtiyatını artırmaq üçün qırmızı ət, qaraciyər, yumurta, balıq, hinduşka əti, dəniz məhsulları, paxlalılar, quru meyvələr və bəkməzdən istifadə etmək tövsiyə olunur.

Dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi üçün onu C vitamini ilə birlikdə qəbul etmək lazımdır. Bu məqsədlə yumurta və ya ət yeməklərinin yanında qırmızı bibər, kivi, portağal, naringi, cəfəri və digər yaşıl yarpaqlı tərəvəzlərdən istifadə etmək faydalıdır.

Çay və qəhvə dəmirin sorulmasını azaltdığı üçün onları dəmir tərkibli yeməklərdən ən azı bir saat sonra içmək məsləhətdir. Dəmir çatışmazlığı xüsusilə menstruasiya dövründə olan qadınlarda, yeniyetmə qızlarda, hamilə və süd verən analarda daha çox müşahidə edilir.