Müğənni Eldəniz Məmmədov restoran biznesinin yarımçıq qalmasından danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bir gün" verilişində açıqlama verib.
Eldəniz bildirib ki, bir müddət restoran biznesi ilə məşğul olsa da, istədiyi nəticəni əldə edə bilməyib:
"Restoran şəbəkəsinə girişdim. Bir müddət işlədim, amma ziyan etdim. Bizim işimiz oxumaqdır. Biznesi də bacarmaq lazımdır. Bacarıram, amma bir az təkan lazımdır".