"İynə və dərmanlar arıqlamağa kömək etmədi"

"İynə və dərmanlar arıqlamağa kömək etmədi"
301 dəfə oxunub
  • A-
  • A
  • A+

“Nə istəyirsinizsə yeyin, amma bir boşqab yox, nəlbəki boyda yeyin. Lap bir saatdan bir yeyin, ağzınız dayanmasın, amma az-az qida qəbul edin”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Xəzər axşamı” verilişində qonaq olarkən deyib. İllərdir artıq çəki ilə mübarizə aparan sənətçi arıqlamaq üçün hər yola əl atdığını etiraf edib:

“Mən vaxt var idi çox kök idim. Arıqlamaq üçün dərmanlar da içirdim. Yağı əritmək üçün iynə-elektrodlardan da (Miyostimulyasiya) istifadə etdim, daha proses qalmadı ki, keçməyim. Amma kömək etmədi. Yemək porsiyasını kiçiltdikdən sonra arıqladım”.