Aktrisa Məlahət Abbasova bu gün dünyasını dəyişən türkiyəli aktyor Zihni Göktayla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktrisa mərhum həmkarı ilə görüntülərini yayaraq bunları yazıb:
"Bu gün türk teatrının böyük və əfsanəvi aktyoru Zihni Göktayı itirdik. Teatrımızın nəhəngi. Kədərim izah edə bilməyəcəyim qədər böyükdür. Birlikdə çoxlu tamaşa və seriallarda rol aldıq. Onun sonsuz sevgisinin şahidi oldum. Sizi heç vaxt unutmayacağam. Siz həmişə ürəyimdə olacaqsınız. Mənə həmişə "Sən mənim böyük sevgimsən" deyirdin. Sizi çox, çox sevirdim. Allah sizə rəhmət eləsin. Bütün türk dünyasına başsağlığı verirəm".