52 yaşında sürücülük vəsiqəsi almaq qərarına gəlib

52 yaşında sürücülük vəsiqəsi almaq qərarına gəlib
267 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Penelopa Kruz ilk dəfə 52 yaşında sürücülük vəsiqəsi almağı düşündüyünü açıqlayıb.

Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Hot Ones" verilişində danışıb. O bildirib ki, uşaqlıqda yaşadığı ağır hadisə uzun illər avtomobil idarə etməkdən çəkinməsinə səbəb olub.

"8-9 yaşım olanda bacımı maşın vurmuşdu. Həmin anı indiyə qədər unuda bilmirəm. Bu, çox dərin qorxudur. Hər dəfə maşına minəndə düşünürəm ki, görəsən, salamat çatacağıq, ya yox?" deyə, aktrisa bildirib.

Penelopa əlavə edib ki, sürücülük vəsiqəsi almaq qərarına dostu, U2 qrupunun solisti Bono tərəfindən ad günündə ona avtomobil hədiyyə edildikdən sonra gəlib.

"Bonodan maşın hədiyyəsi alandan sonra vəsiqə almamaq artıq dəlilik olardı" deyə, o zarafatla qeyd edib.

Aktrisanın həyat yoldaşı, aktyor Havyer Bardemin də avtomobil idarə etmədiyi məlum olub. Maraqlıdır ki, onların hər ikisi müxtəlif vaxtlarda avtomobil yarışlarından bəhs edən filmlərdə rol alıblar.

Penelopa Kruz daha əvvəl səhhəti ilə bağlı narahatlıq yaşadığını da etiraf edib. O bildirib ki, bir müddət əvvəl həkimlər onda beyin anevrizmasından şübhələniblər. Lakin sonrakı müayinələr təhlükəli vəziyyətin olmadığını göstərib.