Xaçmaz rayonunda zəlzələ qeydə alınıb.
Axşam.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, saat 5:58-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 45 km olub.
Zəlzələ hiss edilməyib.