35 yaşında dünyasını dəyişən türkiyəli aktrisa Ece İrtemin ölümünün ilkin səbəbi açıqlanıb.
Axşam.az xəbər verir ki, ekspertiza nəticələrinə görə aktrisanın bədənində zorakılıq, zəhərlənmə və ya ölümə səbəb ola biləcək hər hansı travmatik izə rast gəlinməyib.
Bildirilib ki, nəticələr Ecenin infarktdan öldüyünü göstərir. Yekun nəticə isə geniş ekspertiza başa çatdıqdan sonra açıqlanacaq.
Xatırladaq ki, daha əvvəl aktrisanın Tayland səfəri zamanı meymun hücumuna məruz qalması, nəticədə sepsis olduğu və bu səbəbdən vəfat etdiyi deyilirdi.
Qeyd edək ki, Ece İrtem son olaraq “Kızılcık şerbeti”ndə “Işıl” obrazına həyat verib.