Kariyes ölümə səbəb ola bilər

Kariyes ölümə səbəb ola bilər
126 dəfə oxunub
  • A-
  • A
  • A+

Müalicə olunmayan diş çürüyü ağır fəsadlara və hətta ölümə səbəb ola bilər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, vaxtında müalicə edilməyən kariyes periodontit və osteomielit kimi ciddi xəstəliklərə çevrilə bilər. Bu zaman iltihab yumşaq toxumalara və limfa düyünlərinə yayılır, daha sonra isə ürək və əsas qan damarlarının yerləşdiyi nahiyəyə keçə bilir.

Mütəxəssislər qeyd ediblər ki, nəticədə yaranan şişkinlik ürəyin normal yığılma qabiliyyətini zəiflədir. Bu isə xüsusilə immun sistemi zəif olan və ya bundan xəbəri olmayan insanlarda həyati təhlükə yarada, hətta ölümlə nəticələnə bilər.

Stomatoloqlar diş çürüyünün ilk əlamətləri müşahidə olunan kimi həkimə müraciət etməyin vacibliyini vurğulayıb.