Türkiyəli sosial media fenomeni, müğənni Kerimcan Durmaz Antalyada verdiyi konsert əsnasında çətin anlar yaşayıb.
Axşam.az xəbər verir ki, səhnədə olan zaman izləyicilərdən biri "konfeti"ni düz ifaçının üstünə doğru açıb. Kerimcan buna qarşılıq vermək istəyəndə isə digər bir tamaşaçı da "konfeti"nin ağzını açıb. Qurğunun qapağı yaxın məsafədən sənətçinin üzünə dəyib və bu səbəbdən səhnədə gərgin anlar yaşanıb.
Hadisə ilə bağlı açıqlama verən Kerimcan Durmaz zərbənin kifayət qədər güclü olduğunu bildirib. O, hiss etdiyi ağrı və keçirdiyi əsəb səbəbindən həmin şəxslərə qarşı sərt reaksiya verdiyini qeyd edib.