Əməkdar artist Ruhəngiz Allahverdiyeva geyiminə görə onu tənqid edən sosial şəbəkə istifadəçilərinə cavab verib.
Axşam.az xəbər verir ki, müğənni bu barədə "Xəzər axşamı" verilişində danışıb. Sənətçi rok üslubunda çəkdirdiyi klipindəki geyiminə görə ona mənfi rəylər yazıldığını bildirib:
"Rok üslubundakı klipimə görə çox tənqid olundum. İnsanlar məni çadrada, tam qapalı görmək istəyirlər. Onlar mənim nə sənətimlə, nə də həyatımla sosial şəbəkədə yaxından tanış olmayıblar. Heç bilmirlər ki, Ruhəngiz xanım haçansa şalvar geyinib, ya yox. Bu barədə ümumiyyətlə xəbərləri yoxdur. Onlara elə gəldi ki, mən guya ilk dəfədir şalvar geyinirəm. Bir də ki, bu tərzi yaşıma yaraşdırmadılar. Açıq-saçıq bir şey yox idi".