"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva ailəsi ilə birlikdə istirahətə yollanıb.
Axşam.az xəbər verir ki, sənətçi hazırda Türkiyənin məşhur istirahət bölgələrindən birində dincəlir.
Safurə istirahətindən olan fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Paylaşımda onun həyat yoldaşı Fərhad Əliyev, övladları İsgəndər, Aişə və Natiq yer alıblar.
Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var. Onlar Türkiyədə yaşayırlar.