Sağlam qocalmaq istəyənlər bu qidaları yesin

Sağlam qocalmaq istəyənlər bu qidaları yesin
109 dəfə oxunub
  • A-
  • A
  • A+

Sağlam ömür uzunluğu azalmağa başlayıb və mütəxəssislər bunun əsas səbəblərindən birinin düzgün qidalanmamaq olduğunu bildirirlər.

Axşam.az xəbər verir ki, mütəxəssislər son 10 ildə piylənmə, şəkərli diabet, metabolik xəstəliklər, eləcə də 50 yaşdan aşağı insanlarda xərçəng və gənclərdə iltihabi xəstəliklərin sayının artdığını bildirir. Bu isə orqanizmin daha sürətlə qocaldığını göstərir. Mütəxəssislər vurğulayıb ki, qidalanma qocalma prosesini sürətləndirə bildiyi kimi, onu ləngitmək gücünə də malikdir.

Sağlam və uzunömürlü həyat üçün aşağıdakı tövsiyələrə əməl edin:

  • Yaşıl yarpaqlı tərəvəzləri daha çox istehlak edin.
  • Gün ərzində ən azı 5 porsiya meyvə və tərəvəz yeyin.
  • Təbii və minimum emal olunmuş qidalara üstünlük verin.
  • Liflə zəngin qidalar qəbul edin.
  • Hər qidalanmada kifayət qədər zülal almağa çalışın.

Həftədə üç dəfə qızılbalıq kimi yağlı balıqların yeyilməsi orqanizmin kifayət qədər Omeqa-3 yağ turşusu qəbul etməsinə kömək edir. Araşdırmalar göstərir ki, bu, DNT səviyyəsində qocalma prosesini yavaşlada bilər.

Səhər yeməyinin günün ən zəngin qidası olması daha faydalıdır. İnsan orqanizmi günün erkən saatlarında qidaları daha səmərəli həzm edir. Buna görə də ən azı həftənin bir neçə günü əsas yeməyin səhər və ya nahar vaxtına salınması, axşam yeməyinin isə daha yüngül olması tövsiyə edilir.

Yaşıl yarpaqlı tərəvəzlərin böyrəklərin fəaliyyətini dəstəkləyən minerallarla zəngin olduğu vurğulanıb. Böyürtkən, yaşıl çay və tünd şokolad kimi polifenol və flavonoidlərlə zəngin qidaların da rasiona daxil edilməsini məsləhət görülür.

Mütəxəssislər maqnezium və sinkin sağlam qocalmada mühüm rol oynadığını da vurğulayıb. Bu minerallar insulin müqavimətinin azalmasına kömək edir və 2-ci tip diabet riskini aşağı salır. Sink əsasən ət, dəniz məhsulları, süd məhsulları və tam taxıllarda, maqnezium isə ispanaq, çərəzlər və tam taxıllı məhsullarda bol miqdarda mövcuddur.