Trampın ən sevdiyi mahnının ifaçısı vəfat etdi

Trampın ən sevdiyi mahnının ifaçısı vəfat etdi
109 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ prezidenti Donald Trampın sevimli mahnısı olan "Y.M.C.A."nı ifa edən Viktor Uillis vəfat edib.

Axşam.az xəbər verir ki, 75 yaşlı sənətçi iyunun 30-da qısa sürən, lakin ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Viktor Uillis 1970-ci illərdən etibarən "Village People" qrupunun solisti və həmtəsisçisi olub. İfaçının "Y.M.C.A." mahnısı 2020-ci ildə ABŞ Konqres Kitabxanası tərəfindən "Amerika fenomeni" adlandırılaraq Milli Səs Yazıları Reyestrinə daxil edilib. ABŞ Prezidenti Donald Tramp da seçki kampaniyası zamanı bu mahnıdan istifadə etmiş və onun seçicilərin dəstəyini qazanmasına kömək etdiyini bildirmişdi.

"Village People" qrupu həmçinin "Macho Man", "In the Navy" və "Go West" hitləri ilə də məşhurdur.