İlon Mask yenidən trilyoner oldu

İlon Mask yenidən trilyoner oldu
132 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı sahibkar İlon Maskın sərvəti yenidən 1 trilyon dollara çatıb.

Axşam.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb. 

Ötən həftə birjadakı dalğalanmalara görə trilyonluq statusunu müvəqqəti itirən Mask, bazar ertəsi günü yenidən bəşəriyyət tarixinin ilk və tək trilyoneri ünvanını geri qaytarıb.

"Tesla" və "SpaceX" şirkətlərinin səhmlərinin kəskin bahalaşması Maskın şəxsi sərvətinə cəmi bir neçə saat ərzində daha 60 milyard dollar əlavə edib. Bununla da onun ümumi var-dövləti yenidən 13 rəqəmli zirvəyə — 1 trilyon dollara yüksəlib.

Qeyd edək ki, İlon Mask cari ilin iyun ayının ortalarında rəhbəri olduğu kosmik nəhəng "SpaceX"in birjaya çıxması ilə dünya tarixində 1 trilyon dollar sərvətə sahib olan ilk şəxs kimi tarixi bir ilkə imza atmışdı. İqtisadçılar qeyd edirlər ki, sahibkarın hazırkı sərvəti planetdəki 174 ölkənin illik Ümumi Daxili Məhsulundan (ÜDM) daha çoxdur.