Kirkorovun malikanəsində yoxlama - 131 min ödəyəcək

Kirkorovun malikanəsində yoxlama - 131 min ödəyəcək
199 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ Maliyyə Nazirliyi Rusiyanın Xalq artisti Filipp Kirkorovun Mayamidəki malikanəsində yenidən yoxlama aparıb.

Axşam.az xəbər verir ki, nəticədə müğənni malikanəyə görə ABŞ büdcəsinə təxminən 77 min dollara qədər (təxminən 131 min manat) pul ödəyəcək.

Qeyd edək ki, malikanə La Gorce Drive küçəsində, Mayami sahillərinin ən nüfuzlu məhəllələrindən birində yerləşir və 2011-ci ildən Filipp Kirkorova məxsusdur. Təxminən 1380 kvadratmetrlik ərazidə sərnişin liftləri, hovuz, spa zonası, terraslar və qarajla təchiz olunmuş əsas və qonaq evləri yerləşir.

2025-ci ildə kadastr sənədlərində obyektin xüsusiyyətləri ilə bağlı dəyişikliklər qeydə alınıb. Belə ki, heç bir tikinti işi aparılmadan bəzi sahələrin ölçüsü azaldılıb. Məsələn, əsas evin birinci mərtəbəsinin sahəsi təxminən 12 kvadratmetr, spa zonasının sahəsi isə 7,5 kvadratmetrdən 2,8 kvadratmetrə endirilib.

Bu dəyişikliklər yenidənqurma ilə deyil, vergi qiymətləndiricilərinin yeni ölçmələr aparması və yenidən hesablaması ilə bağlıdır. Bu cür praktika Mayamidə adi hal hesab olunur və daşınmaz əmlakların göstəriciləri mütəmadi şəkildə dəqiqləşdirilir. Oxşar düzəlişlər qonşu evlərdə də aparılıb.

Yenidən qiymətləndirmədən sonra malikanənin dəyəri 2024-cü ildəki 6,4 milyon dollardan (təxminən 10,9 milyon manat) 2025-ci ildə 6,07 milyon dollara (təxminən 10,3 milyon manat) enib.

Buna baxmayaraq, əmlak sahibinin vergi öhdəliyi artıb. Belə ki, Filipp Kirkorov 2024-cü ildə ABŞ büdcəsinə təxminən 74,5 min dollar (təxminən 126,7 min manat) vergi ödədiyi halda, 2025-ci ildə bu məbləğ 77 min dollara (təxminən 131 min manat) yüksəlib.