Tərkibində beta-karotin olan məhsulların müntəzəm istehlakı dərinin ultrabənövşəyi şüalara qarşı müqavimətini artırır və günəş yanığı riskini azaldır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, yay aylarında rasionda xüsusilə yerkökü, balqabaq, ispanaq, müxtəlif göyərtilər, ərik və şaftalının yer alması faydalıdır. Bununla yanaşı, dərinin sağlamlığı üçün qoz-fındıq, avokado və paxlalı bitkilərin də qəbulu tövsiyə olunur. Günəş vannası qəbul etmək üçün isə ən uyğun vaxt səhər və axşam saatları hesab edilir.
Mütəxəssislər vurğulayırlar ki, faydalı tərəvəz və meyvələr günəşdən qoruyucu kremləri tam əvəz etmir. Bu səbəbdən günəş altında olarkən qoruyucu vasitələrdən (SPF) istifadə etmək mütləqdir.