"Daha 17" serialının çəkilişləri zamanı dava düşüb.
Axşam.az xəbər verir ki, Bodrumda serialın çəkiliş heyəti ilə market əməkdaşları arasında mübahisə yaranıb.
İddialara görə, böyük marketlərdən birində siqaret ödənişi üstündə başlayan gərginlik böyüyərək qanlı insidentlə nəticələnib. Hadisə zamanı bir nəfər boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya aparılıb. Polis davada iştirak etdiyi müəyyən olunan 6 şübhəlini saxlayıb.
Hadisə ilə bağlı istintaq davam edir.