"10 dəfə doğulsan da, həyatımı yaşaya bilməzsən"

"10 dəfə doğulsan da, həyatımı yaşaya bilməzsən"
264 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur türkiyəli prodüser, rejissor Faruk Turqutun son açıqlamaları film aləmində ciddi müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, Farukun reportajında söz atdığı şəxslərdən bir də aktyor Can Yaman olub. Belə ki, o bir daha Canla çalışmayacağını bildirib.

Aktyorun qarşı tərəfə cavabı da gecikməyib. Can onu tənqid edən, "Erkenci kuş" da daxil olmaqla bir çox serialında birgə çalışdığı, keçmiş prodüseri Faruk haqqında bunları deyib:

"Disney" layihəsinə hazırlıq dövründəki münasibətiniz elə həddə çatdı ki, artıq sizinlə işləmək istəmədim. Bunu sizə və "Disney" şirkətinə bildirdim. Təxminən 10 aylıq hazırlıqdan sonra layihəni ləğv etdim. Bu dövr ərzində heç bir ödəniş almadım. Əgər dediyin kimi problem var idisə, niyə "Erkenci kuş"dan sonra "Bay yanlış"ı yenə mənimlə çəkdin? Xarici gəlirlərdən haqqını almadığını iddia edirsənsə, sən vəkilsən, niyə hüququnu tələb etmədin?

"Disney" layihəsindən imtina etməyimin səbəbi "Türkiyədə ssenarist və rejissor yoxdur, xaricdən gətirək" deməyiniz və o vaxtkı italyan sevgilinizin menecerinə serialda rol istəməyiniz idi. O zaman birlikdə işləyə bilməyəcəyimizi anladım və bəli, səni işdən çıxardım.

Bu gün həmin qərarımın nə qədər doğru olduğunu daha yaxşı anlayıram. Mənə qarşı işlədilən bu təhqiramiz ifadələri və haqsız ittihamları isə ədalətə təhvil verəcəyəm".

Can Yaman Faruka səslənərək, onun haqqında danışmasını qadağan edib:

"Faruk, səni sonuncu dəfə görməyimdən 6 il keçib, öz işinlə məşğul ol. Mən olduğum yerdəyəm, sən də olduğun yerdə qal. Amma həkimə getməlisən. Sənin ağır xəstəliyin var... Sən aktyorun nə istədiyindən ora-bura şikayət edirsən, amma bu, işdir, aktyorlar tələblərini istəyirlər. Onların nə istədiyinə sən qərar verəcəksən? Əmin ol, aktyorlar səninlə bacara bilmir. Çünki baxış bucağın dardır və bir çox şeyi başa düşmürsən. Sən mənimlə yox, mən səninlə bacara bilmədim deyə getdim. 

İllərdir susduq və onlar susmağı razılıqla səhv saldılar. Biz cavab verəndə dərhal dedilər ki, "Sənin üslubun elədir, belədir". Kişi-kişi danışmağı bilirsən, amma cavab alanda dərhal məhkəməyə gedəcəyini deyirsən. 10 dəfə doğulsan belə, mənim yaşadığım həyatı yaşaya bilməzdin".