Modelyer Viktoriya Bekhem Londonda paparatsilərin obyektivinə tuş gəlib.
Axşam.az xəbər verir ki, 52 yaşlı ulduz Notting Hilldə yerləşən, yaxın rəfiqəsi və tanınmış kosmetoloq Keren Bartovun gözəllik salonundan çıxarkən görüntülənib.
Böyük Britaniyada hökm sürən isti hava səbəbindən rahat idman üslubuna üstünlük verən Viktoriya qara top, tayt, kepka və “Nike” idman ayaqqabısı ilə diqqət çəkib. O, kosmetoloji prosedurlardan sonra salonu makiyajsız tərk edib.
Yayılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər əsasən ulduzun dərisinin vəziyyəti və fit görünüşü barədə fikirlərini bölüşsələr də, bəziləri yaşlanma əlamətlərinin də nəzərə çarpdığını yazıblar.
Qeyd edək ki, Keren Bartovun müştəriləri arasında Beyons, Culiya Roberts və Kim Kardaşyan kimi məşhurlar da var. Hazırda Viktoriya Bekhem qızı Harperlə birlikdə Londonda qalır. Həyat yoldaşı Devid Bekhem isə futbol üzrə dünya çempionatının oyunlarını izləyir.