Nəriman Həsənzadənin səhhəti necədir?

Nəriman Həsənzadənin səhhəti necədir?
114 dəfə oxunub
  • A-
  • A
  • A+

“Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır”.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

O bildirib ki, şairin müalicəsi Mərkəzi Klinikada aparılır.

Qeyd edək ki, 95 yaşlı N.Həsənzadə ötən gün xəstəxanaya yerləşdirilib.