"Nəvə övladdan şirin olmur. Amma adamın ömrünü uzadır. Hər saniyə onu fikirləşirsən. Çox uşaq sevən insanam. Milliyətindən asılı olmayaraq harada uşaq görürəmsə öpürəm. Uşağı sevmək lazımdır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Eldəniz Məmmədov "Qonaqcanlı" verilişində deyib. Nəvəsindən danışan sənətçi uşaqlara olan sevgisindən danışıb.
Ad gününü qeyd edən E.Məmmədovun anası da proqramda onunla bağlı arzusunu bildirib:
"Məndən olsa Xankəndinə gedər. Dünyada arzum odur ki, Eldəniz işə girsin. Valideynlər var ki, deyir, Eldəniz orada çalışsın uşağımızı göndərək ora".
Eldəniz isə "Orada çalışmaq üçün magistratura oxumalıyam. Onu da oxuya bilmirəm" cavabını verib.