Aparıcı Mətanət Əliverdiyeva 12 kiloqram arıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində danışıb. Mətanət pəhrizlə artıq çəkidən xilas olduğunu bildirib:
"Düz 12 kiloqram arıqlamışam. Pəhriz saxladım, başqa şeylər mənlik deyil. Fevral ayından bu müddətə qədər 400-500 qram arıqlaya-arıqlaya gəldim. 12 kiloqramda dayandım, dedim ki, daha bəsdir".
Qeyd edək ki, aprel ayında 5 kiloqram arıqladığını açıqlamışdı.