Mərhum Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə və nəvəsi Rəfiqə bu il universitetdən məzun olub.
Axşam.az-ın məlumatına görə, bu barədə Rəfiqə sosial media hesabında yazıb. O, artıq anasının 4-cü ali təhsil müəssisəsini bitirdiyini vurğulayıb:
"Anamla eyni ildə məzun olmaq. Tək fərqimiz onun artıq 4-cü ali təhsilinin olmasıdır".
Qeyd edək ki, C.Məmmədov 2024-cü ildə qəfil ürəktutmadan dünyasını dəyişib.
