Keçmiş "One Direction" qrupunun mərhum solisti Liam Peynin 29 milyon dollardan çox sərvəti müğənni Şeril Kouldan olan 9yaşlı oğlu Bear Qrey Peynə qalacaq.
Axşam.az xəbər verir ki, sənəddə qeyd olunub ki, mirasın bir hissəsindən artıq istifadə etmək mümkündür, lakin əksər hissəsi Bear 18 yaşına çatana qədər daha doqquz il etibarnamədə saxlanılacaq.
Məlumata görə, sənətçi heç bir vəsiyyətnamə qoymayıb və vəfat etdiyi zaman evli olmayıb. Buna görə də Böyük Britaniya qanunlarına əsasən, onun bütün əmlakı yeganə varisi olan oğluna keçib. Daha əvvəl Liam Peynin əmlakının idarə olunması onun övladının anası Şeril və musiqi hüquqşünası Riçard Breyə həvalə edilmişdi.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında 31 yaşlı britaniyalı müğənni Liam Peyn Buenos-Ayresdə yerləşən hotelin üçüncü mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib. Polis onun nömrəsində müxtəlif növ narkotik vasitələr və onların istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən ləvazimatlar aşkar edib.