"Sevdam Karadeniz" serialında rol alacaq daha bir aktyorun kimliyi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Durul Bazan rol alacaq. O, layihədə "Mahmut Yeniceli" obrazına həyat verəcək.
Qeyd edək ki, aktyor sonuncu dəfə "Arka sokaklar" serialında rol alıb.
