"Breaking Bad" serialında canlandırdığı "Qas Frinq" obrazı ilə məşhurlaşan amerikalı aktyor Cankarlo Espozitonun Səudiyyə Ərəbistanına səfəri zamanı İslam dinini qəbul etdiyi bildirilib.
Axşam.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin rəhbəri Turki Əl-Şeyx açıqlama verib.
Onun sözlərinə görə, Esposito ölkədə həyata keçirilən film çəkilişləri zamanı kəlmeyi-şəhadət gətirərək müsəlman olub və daha sonra çəkiliş heyəti ilə birlikdə məsciddə camaat namazı qılıb.