Aktrisa Xəyalə Quliyeva qızı Arzunun doğum gününü qeyd edib.
Axşam.az xəbər verir ki, sənətçi övladının 14 yaşı tamam olması münasibətilə sosial şəbəkədə paylaşım edib.
Qızı ilə fotolarını izləyiciləri ilə bölüşən X.Quliyeva bu sözləri yazıb:
“14 yaşın oldu. Artıq balaca qız deyilsən. Böyümək asan deyil, amma sən bunu özünəməxsus gözəlliklə yaşayırsan. Hər inadında, hər gülüşündə, hətta susduğun anlarda belə səninlə qürur duyuram. Bu gün sənin günündür – işığın heç sönməsin, xəyalların böyük olsun. Arxandayam hər zaman. Ad günün mübarək, canımın içi”.
