Manana qızının fotolarını paylaşaraq bunları yazdı

Manana qızının fotolarını paylaşaraq bunları yazdı
635 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Manana Çaparidze qızı Elizabetlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, müğənni övladının Bakıya gəldiyini qeyd edib və bunları yazıb:

"Xoş gəlmisən, qızım. Səni dünyaya göz açdığın, hər daşı, hər küçəsi sənə doğma olan torpaqda görmək necə də xoşdur. Bu gözəllik sənə çox yaraşır, sən isə öz sevgin, istiliyin və işığınla bu şəhəri daha da gözəlləşdirirsən. Canım qızım, səni burada görmək qəlbimi sevinc və qürurla doldurur. Xoş gəlmisən. Sən mənim anamın qürurusan, mələyim, səni çox sevirəm".

Qeyd edək ki, Georgi adlı şəxslə ailəli olan Manananın David adlı bir oğlu da var.