Flora Kərimova evə buraxıldı - Foto

Flora Kərimova evə buraxıldı - Foto
187 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova bir müddət əvvəl səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Axşam.az-ın məlumatına görə, müğənni bu gün evə buraxılıb. 

Müalicə prosesi müsbət nəticə verən Kərimova özünü yaxşı hiss edir.

Qeyd edək ki, 84 yaşlı Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.