Həyat yoldaşından Rəvan Qarayevə qadağa

Həyat yoldaşından Rəvan Qarayevə qadağa
546 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl üçüncü dəfə ailə quran müğənni Rəvan Qarayev həyat yoldaşının ona efirdə çox danışmağa icazə vermədiyini bildirib. 

Axşam.az xəbər verir ki, bu barədə o, “Günə uğurla” proqramında danışıb.

“Çox adam deyir ki, məni toya niyə çağırmadınız. Bəlkə də çağırsaydım, gəlməyəcəkdilər. Toya az sayda qonaq dəvət etmişdik. Hazırda həyat yoldaşım həkimlərlə birlikdə Niderlandda keçirilən konfransdadır. Bayaq deyirdi ki, efirdə çox danışma. Danışa bilmirəm, söz deyə bilmirəm. Efirdə çox şeyi açıqlamağa qoymur. Çağırmadığım dostlarım məndən incidi, çağırdıqlarımın eləsi var idi ki, gəlmədi. Gəlməyənlər də sonradan təbrik etdi” deyə, Rəvan Qarayev bildirib.

Qeyd edək ki, bu, Rəvan Qarayevin üçüncü, Səbinə xanımın isə ikinci evliliyidir. Rəvanın əvvəlki nikahlardan 2, Səbinənin isə 1 qız övladı var.