"Apo"dan "Işıl"ın vəfatı ilə bağlı açıqlama - "Dəhşətdir"

"Apo"dan "Işıl"ın vəfatı ilə bağlı açıqlama - "Dəhşətdir"
423 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Ece İrtem vəfat edib.

Axşam.az-ın məlumatına görə, aktrisanın son rol aldığı "Kızılcık şerbeti" serialındakı tərəf müqabili Ahmet Mümtaz Taylan həmkarı ilə bağlı ilk açıqlama verib.

"Anladığımız qədərilə infarkt keçirib. Atası prokuror idi, ona görə də hər şey lazımi qaydada araşdırılacaq. Lakin itirdiklərimiz geri qayıtmır. İki gün əvvəl mənə zəng vurmuşdu, bu həftəiçi görüşəcəkdik. Dəhşətli hadisədir" deyə, aktyor bildirib.

Qeyd edək ki, Ece sözügedən serialda Ahmetin ifa etdiyi "Abdullah" (Apo) obrazının xanımı "Işıl"ı canlandırıb.

Aktrisa vəfat etməzdən bir gün əvvəl 35 yaşını qeyd edib. Ece sabah İzmirdə dəfn olunacaq.