Türkiyəli müğənni Cengiz Kurtoğlu avtomobil qəzasına düşüb.
Axşam.az xəbər veirr ki, hadisə ifaçı konsertinə gedərkən baş verib.
Xəstəxanaya çatdırılan Cengizin ayağında çat aşkarlanıb. Həkimlər müğəninin səhhətinin yaxşı olduğu və bir müddət istirahət etməli olduğunu bildiriblər. Bu səbəbdən ifaçının konserti təxirə salınıb.