Cennifer Lopez Ben Affleklə ayrılığından danışarkən kövrəlib

Cennifer Lopez Ben Affleklə ayrılığından danışarkən kövrəlib
187 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez keçmiş həyat yoldaşı, aktyor Ben Affleklə ayrılığı xatırlayarkən kövrəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 56 yaşlı sənətçi bu barədə "Films To Be Buried With" podkastında danışıb.

Lopez bildirib ki, bir dəfə bayram günlərində atası Devid Lopezlə birlikdə "I'm Still Here" filminə baxarkən boşanma prosesinin yaratdığı ağır emosional yükü yenidən hiss edib.

"Xəstə idim. Həmin dövrdə boşanma yaşayırdım və uşaqlarım haqqında çox düşünürdüm" deyə, o, qeyd edib.

Sənətçinin sözlərinə görə, filmdəki təsirli səhnələrdən biri zamanı göz yaşlarını atasından gizlətməyə çalışsa da, buna nail ola bilməyib.

"Sakit ağlamağa çalışırdım. Amma insan sakit ağlamağa çalışanda göz yaşları sadəcə üzündən sel kimi axır" deyə, Lopez xatırlayıb.

Aktrisanın sözlərinə görə, həmin anda atası onu qucaqlayaraq "Səni sevirəm. Mən səni həmişə sevmişəm" deyib.

Lopez bildirib ki, atasının bu sözləri onun həyatında dönüş nöqtəsi olub:

"Bu, mənim içimdə sağalmağa ehtiyacı olan hissəni sağaltdı. Həyatımın yeni səhifəsini açmağa və həmin münasibəti geridə qoymağa kömək etdi".