Şimşək çaxır, yağış yağır - Faktiki hava

Şimşək çaxır, yağış yağır - Faktiki hava
142 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Hidrometeorologiya Xidmətinin iyunun 14-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır.

Axşam.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Düşən yağıntının miqdarı Şahbuzda 15, Qaxda 13, Balakəndə 9, Gədəbəydə 7, Daşkəsəndə 6, Zaqatala, Ağdamda 5, Naxçıvan, Şəkidə 4, Bərdə, Şərur, Şəmkir, Xaltanda 3, Naftalan, Oğuz, Şamaxı, Xaçmaz, Tərtər, Göyçayda 2, Ceyrançöl, İsmayıllı, Ağsu, Qobustan, Xızı, Quba, Yevlax, Zərdab, Kürdəmir, Goranboy, Sabirabad, Lerik, Şahdağ, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınıb.

İyunun 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Tovuzda 20, Daşkəsən, Naftalanda 18 m/s-yə çatıb.