"Taşacak bu deniz" serialının aktrisası Zeynep Atılqan özəl həyatına görə tənqid atəşinə tuş gəlməkdə davam edir.
Axşam.az xəbər verir ki, aktrisa sözügedən serialda aktyor Ali Önerlə onun nişanlı olduğu müddətdə münasibətə başlaması izləyicilər tərəfindən bağışlanmayıb. Münasibətləri ifşa olandan keçən qısa müddət ərzində Zeynep sosial media hesabında 2 milyon izləyici itirib.
Qeyd edək ki, bir müddət əvvəl "Gökhan" obrazını canlandıran Alinin eks-nişanlısı Livanur Aydına serialda "Fadime"ni ifa edən Zeyneplə xəyanət etdiyi ortaya çıxıb. Aktyor daha sonra Zeyneplə münasibətlərini təsdiqləyib.