Müğənni Ceyhun Əliyev ilk dəfə övladının görüntüsünü paylaşıb.
Axşam.az xəbər verir ki, sənətçi oğlu Paşanın ad günü olduğunu bildirib. Şəhər məkanlarından birində 8 yaşı olan oğluna ad günü edən Ceyhun ona arzularını da yazıb.
"Əvvəl bacının qardaşı oldun, sonra hamımızın fəxri. Paşa, ad günün mübarək, oğlum" deyə, Ceyhun paylaşımında yazıb.
Qeyd edək ki, müğənninin bir qız övladı da var.