Mətanət İsgəndərlinin qızı ilə bağlı arzusu

Mətanət İsgəndərlinin qızı ilə bağlı arzusu
412 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərlə bağlı arzusunu dilə gətirib.

Axşam.az xəbər verir ki, sənətçi övladının aparıcı və ya bloger olmasını istədiyini bildirib.

"Qızım Ülkər Türkiyəyə qayıtmalıdır. 10 ilə yaxındır ki, Azərbaycana gəlmirdi. İkinci uşağı dünyaya gəldikdən sonra bir az çətinlik çəkdi. Qışda burada qalır, yayda isə gedir. Qızımın planlarını bilmirəm. Müğənni olmağı istəməz. İstərdim ki, aparıcı, bloger olsun. Konsertimdə aparıcılıq etməsi məni çox sevindirdi".

Qeyd edək ki, Ülkər Mətanət İsgəndərlinin Yaşıl Teatrda keçirilən konsertində ilk dəfə aparıcılıq etmişdi. Ülkər Engin adlı türk vətəndaşı ilə ailəlidir. Onun iki övladı var.