Dövlət Statistika Komitəsində (DSK) yeni kadr təyinatı olub.
Axşam.az xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseynov Emin Rafael oğlu DSK-nin Maliyyə - inzibati şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Qeyd edək ki, adıçəkilən vəzifəni əvvəl Kuzina Tatyana Vladimirovna icra edib. O, hazırda Maliyyə - inzibati şöbənin müdir müavini təyin edilib.