Müğənni İradə İbrahimova illər əvvəl İstanbulda restoranda ödədiyi yüksək hesabı hələ də unutmadığını deyib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Zarafat bir yana" proqramında danışıb. O, restoranda ödədiyi ən böyük məbləğlə bağlı suala cavab verərkən maraqlı xatirəsini bölüşüb:
"2015-ci ildə İstanbulda restoranda ödədiyim hesab hələ də yadımdadır. Komandamla birlikdə getmişdim, mahnımı orada tanıtmaq istəyirdim. Restorandan çıxarkən Cem Yılmazı da gördüm. Daha sonra Özkan bəy də gəldi və məni görüb, "İradə sənsən?" dedi. Həmin vaxt mahnımın filmdə səsləndirilməsi planlaşdırılırdı. O dövr üçün çox böyük məbləğ idi. 15 nəfərlik hesab ödədim, məbləğ 5 mindən çox oldu".
İbrahimova həmçinin "Neyləyək alınmadı" mahnısının Cem Yılmazın rol aldığı "Ali Baba ve 7 Cüceler" filmində istifadə olunmasından və bu layihədən qonorar alıb-almamasından da söz açıb:
"Cem Yılmaz pulu mənə yox, Vaqif Gərayzadəyə ödədi. Qanuna görə, bəstəkar üç ildən sonra mahnısını sata bilər".