Yaşayış binasında partlayış - Sakinlər təxliyə edilir+Fotolar

Yaşayış binasında partlayış - Sakinlər təxliyə edilir+Fotolar
161 dəfə oxunub
  • A-
  • A
  • A+

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Ekopark Yaşayış Kompleksində partlayış baş verib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, hadisədən dərhal sonra əraziyə aidiyyəti qurumların briqadaları cəlb olunub.

Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış kompleksinin sakinləri təxliyə edilir.

Partlayışın səbəbi, eləcə də xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.