"Sən həyatımın ən böyük sevgisisən"

"Sən həyatımın ən böyük sevgisisən"
231 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Rəşidə Rəşid oğlu Rəşidin doğum günü münasibətilə duyğusal paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında oğlu ilə fotosunu paylaşaraq ona arzularını yazıb:

"Ana oğluna nə arzulaya bilər? Duyğularım o qədər çoxdur ki, onları sözlə ifadə etmək çətindir. Ana yalnız övladına baxa, onu qucaqlaya, öpə, qayğı göstərə və sonsuz sevə bilər. Sənə möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram. Hər insanın yaşamalı olduğu xoşbəxt anları yaşa. Sevdiyin işlə məşğul ol, yaradıcılıq uğurların daha da artsın. Səni sevənləri sev, dostunun qədrini bil".

Sənətçi paylaşımında ana sevgisinin önəmindən bəhs edib:

"Bir həqiqət var – mütləq sevgi. Bu sevgi yalnız ana ilə övladı arasında mövcuddur. O, heç vaxt xəyanət etməz, aldatmaz və həmişə doğru yola aparar. Ad günün mübarək, mənim mütləq sevgim, həyatımın sevgisi!".