"Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi Latviyanın Yurmala şəhərində keçirilən Layma Vaykule festivalında səhnə alıb.
Axşam.az xəbər verir ki, müğənni məşhur Dzintari Konsert Zalında baş tutan gecədən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
O, paylaşımına "Yurmala, Layma Fest, Dzintari Hall — musiqi, duyğular və ömür boyu xatırlayacağım anlarla dolu sehrli bir axşam" sözlərini yazıb.
Qeyd edək ki, Layma Vaykule Festivalı hər il Latviyada keçirilən və müxtəlif ölkələrdən tanınmış sənətçilərin iştirak etdiyi beynəlxalq musiqi tədbirlərindən biridir.