Təyyar Bayramovdan muğam dolu görüş

Təyyar Bayramovdan muğam dolu görüş
116 dəfə oxunub
  • A-
  • A
  • A+

“Yay Fest 2026” çərçivəsində növbəti düşərgə Şamaxıda təşkil edilib.

Axşam.az xəbər verir ki, musiqi, ənənə və ustad təcrübəsi bir araya gətirilib.  “Media və Rəqəmsal Savadlılıq” düşərgəsinin iştirakçıları Əməkdar artist Təyyar Bayramov və tələbələri ilə görüşüblər.

Görüş zamanı xanəndə sevimli xalq mahnılarımızı səsləndirilib, milli musiqi irsimiz haqqında fikirlər bölüşüb və gənclər üçün ustad dərsi keçib.

Xanəndə görüş iştirakçılarına muğamdan, sənətdən bəhs edib. Qonaqlara musiqi dolu anlar yaşadan Təyyar Bayramov eyni zamanda onların suallarını cavablandırıb. Qonaqlar musiqi, ənənə və ustad təcrübəsini bir arada yaşayıblar.