Aparıcı Hüsniyyə Məhərrəmova ABŞ-də yaşamağın onda tez-tez nostalji hisslər oyatdığını etiraf edib.
Axşam.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, uşaqlıq və yeniyetməlik illərində MTV vasitəsilə tanış olduğu Qərb musiqisi və mədəniyyəti onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.
H.Məhərrəmova qeyd edib ki, MTV Russia-da yayımlanan verilişlər sayəsində bir çox ulduzları tanıyıb.
"Bütün bunlara hər mənada yoxsul olan sovetllərdə böyüyən bir yeniyetmənin gözü ilə baxıb təsəvvür etməyə çalışın. Müsibət idi, müsibət, atam. İllər keçir və birdən sən özün o dünyanın içində yaşamağa başlayırsan: o maşınlar, magistral yolun kənarındakı "diner"lər, neon işıqlar və həmin o musiqi... “Born to Be Wild” deyə, Hüsniyyə paylaşımında vurğulayıb.