Hazal Kaya ifadə verdi

Hazal Kaya ifadə verdi
243 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Hazal Kaya İstanbul Baş Prokurorluğu tərəfindən Ahbap Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində ifadə vermək üçün Çağlayandakı İstanbul Ədliyyəsinə gedib.

Axşam.az xəbər verir ki, aktrisa "məlumat sahibi" qismində prokurorluğa çağırılıb. Hazal Kayanın ədliyyə binasındakı rahat və gülümsər görüntüləri isə diqqətdən yayınmayıb.

Qeyd edək ki, Ahbap Dərnəyinin təsisçisi Haluk Levent, sosial media fenomeni Oğuzhan Uğur da daxil olmaqla 28 nəfərin həbs olunduğu istintaq çərçivəsində bir sıra tanınmış şəxslərin də ifadəsi alınır.

Bundan əvvəl jurnalistlər Özlem Gürses, Fatih Altaylı, Ruşen Çakır, komediya ustası Şahan Gökbakar, sosial media fenomeni Fatih Koparan, eləcə də aparıcı Öykü Serter, müğənni Gökhan Özoğuz, jurnalistlər Ece Üner və Fatih Portakal "məlumat sahibi" qismində prokurorluğa çağırılaraq ifadə veriblər.