Uzun müddətdir səhnədən uzaq qalan müğənni Mirkamil Kamilov səhhəti ilə bağlı açıqlama verib.
Axşam.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən danışıb:
"Ürək xəstəliyim çoxdan var idi. Ağrılarım çox olurdu. O vaxt həkimə müraciət etmədim, düşündüm ki, öz-özünə keçər. Amma gördük ki, belə olmur. Məni Tehrana göndərdilər, orada əməliyyat olundum. Ondan sonra 10 il zülm çəkdim. İndi də həyat zülmdür, asan heç nə yoxdur. Ürəyimdə ağrılar olur. Hazırda bir az sakitləşib".
Qeyd edək ki, Mirkamil Kamilov Xalq artisti Mələkxanım Eyubovanın bacısı oğludur. Müğənni 2014-cü ildə ürəyindən əməliyyat olunub. O, bu günlərdə ikinci dəfə eyni səbəbdən cərrahiyə əməliyyatı keçirib.