Tənqidlərdən sonra videonu sildilər

Tənqidlərdən sonra videonu sildilər
356 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Taleh Yüzbəyov son günlər sosial şəbəkələrdə müzakirələrə səbəb olan reklam çarxının silindiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, qadınların estetik əməliyyat və kosmetoloji prosedurlardan istifadəsinin tənqid olunduğu reklam videosu şirkətin istəyi ilə sosial şəbəkə hesabından yığışdırılıb. Şirkət də videonun müzakirə doğuran hissəsini öz rəsmi səhifəsindən silib.

Taleh bununla bağlı paylaşımında bunları yazıb:

"Şirkətin istəyi ilə videonun tam versiyası onların səhifəsindən qaldırıldı. Reklamsız versiyası isə buradadır. İstədiyiniz qədər baxa, bəyənə və ya bəyənməyə bilərsiniz".