"Maykl" filmi 1 milyard dollar qazandı

"Maykl" filmi 1 milyard dollar qazandı
111 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum pop ulduzu Maykl Ceksonun həyatından bəhs edən "Maykl" bioqrafik filmi dünya prokatında 1 milyard dollar gəlir əldə edib.

Axşam.az xəbər verir ki, bu barədə filmin rəsmi instaqram hesabında paylaşım edilib.

"Maykl" dünya prokatında 1 milyard dollar gəlir əldə edən ilk bioqrafik film kimi tarixə düşüb. Eyni zamanda ekran işi "Lionsgate" studiyasının indiyədək ən çox gəlir gətirən layihəsi olub.

Qeyd edək ki, ekran işində Maykl Ceksonu onun qardaşı oğlu Cəfər Cekson canlandırıb. Filmin ərsəyə gəlməsində sənətçinin digər ailə üzvləri də iştirak edib.